İlahə Tağıyeva Adil q.

İlahə Tağıyeva – Proqram üzrə menecer 


Azərbaycan Dövlət Pedaqoji Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsini bitirmiş İlahə Tağıyeva ilk əmək fəaliyyətinə məktəbdə UBTR vəzifəsi ilə başlamışdır. Sonralar ixtisasartırma təhsili alaraq təlim-tərbiyə işləri üzrə direktor müavini və psixoloq kimi fəaliyyət göstərmişdir. 18 illik pedaqoji təcrübəyə malik olan İlahə Tağıyeva 2007-ci ildən kurikulum və İKT-nin təhsilə tətbiqi üzrə ayrı-ayrı layihələrdə baş təlimçi kimi fəaliyyət göstərmişdir. Hazırda fəaliyyətini “İTE - Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzində proqram üzrə menecer vəzifəsində davam etdirən İlahə xanım, kurikulum və mentorluq üzrə layihələrə rəhbərlik edir. O, müəllimlərin davamlı peşəkar inkişafı, həmkara dəstək və mentorluq xidmətinin təhsil müəssisələrində təşkili istiqamətində araşdırmalar aparmaqla yeni kurikulumların yaradılması və təkmilləşdirilməsinə töhfələr verməkdədir.


Sevdiyi sitat:
"Qızıl xarakterə malik olmaq üçün dəmir iradə lazımdır." Sokrat