Nigar  Əhmədzadə İbrahim q.

Nigar Əhmədzadə - monitorinq və qiymətləndirmə üzrə mütəxəssis

Əhmədzadə Nigar 1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. İlk əmək fəaliyyətinə müəllim kimi başlayan Nigar xanım, 20 ildən çox pedaqoji təcrübəyə malikdir. O, uzun müddət "Mədəd Azərbaycan" təşkilatında aparıcı təlimçi, metodist, konsultant və proqram eksperti vəzifələrində çalışmışdır. İKT-nin təhsildə tətbiqi, kurikulum, yeni təhsil layihələri və metodikaları üzrə 25-dən çox seminar və təlimin fəal iştirakçısı olmuş Nigar Əhmədzadə hazırda “İTE – Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzində Monitorinq və Qiymətləndirmə üzrə mütəxəssis vəzifəsində çalışır. O, dəqiq meyarlara əsaslanan təlim məhsullarının yoxlanması, təlimçilərin bacarıqlarının təhlil edilməsi, təlim paketlərinin mövcud şəraitə və yerli təhsil mühitinə adaptasiyasının izlənməsi, təlim mərkəzinin təlimçi potensialının yoxlanılması üzrə İTE əlavə təhsil mərkəzinin uğurlarına töhfələr verməkdədir.


Nigar Əhmədzadə ilə baş tutan maraqlı müsahibəmizi aşağıdakı linkdən oxuya bilərsiniz: