Samir Cavadov Münasib o.

Samir Cavadov – Proqram üzrə menecer 

2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsini bitirmiş Samir Cavadov ilk əmək fəaliyyətinə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbdə riyaziyyat informatika müəllimi kimi başlamışdır. Uzun illər Mədəd Azərbaycan təşkilatında təlimçi vəzifəsində fəaliyyət göstərən Samir Cavadov müxtəlif dövlət layihələri çərçivəsində inzibati və pedaqoji heyət üçün İKT üzrə təlimlər keçmişdir. Hazırda “İTE-Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzində proqram üzrə menecer vəzifəsində çalışan Samir Cavadov paytaxtda və regionlarda müxtəlif dövlət layihələrinin təşkil olunmasında əsas iş icraçısıdır. O, əsasən, İTE əlavə təhsil mərkəzinin regionlarda keçirilən təlimlərində monitorinqlər aparır, rayon təhsil şöbələri ilə əlaqələr qurur və təlimlərin təşkil olunmasına maddi-texniki dəstək göstərir.

Sevdiyi Sitat:  “Özünü tanımaq və dəyişdirmək, insan üçün öhdəsindən gəlinəsi ən çətin işdir". Adler