İlahə Fazilova Rəfail q.

İlahə Fazilova - Proqram üzrə koordinator

Ölkədaxili və beynəlxalq təlimlərdə iştirak etmiş İlahə Fazilova 12 illik pedaqoji təcrübəyə malikdir. O, İKT və kurikulum istiqamətləri üzrə çoxsaylı dövlət layihələrində təlimçi kimi uzun müddət fəaliyyət göstərmiş, “İlin Müəllimi” və “Elektron Təhsil” müsabiqələrinin qalibi olmuşdur. Elmi mətbuatda mütəmadi olaraq tədrisdə İKT-nin və Elektron Resurslarınının əhəmiyyəti və kurikulum islahatları mövzusunda məqalələrlə çıxış etmişdir. Təhsildə liderlik və İdarəetmə sahəsinə marağı olan İlahə Fazilova Təhsil Nazirliyi və GİZ-Almaniya BƏC tərəfindən keçirilən “İlk Peşə İxtisas Təhsili Sistemində Liderlik və İdarəetmə” təlimində iştirak etmiş, yekun imtahan və müsahibəni uğurla keçmişdir. Hazırda Biznesin təşkili və idarə edilməsi fakültəsində magistr təhsili alır. Növbəti 2 il üçün əsas hədəfləri “İnformatikanın tədrisi metodikası və metodologiyası" ixtisası üzrə xaricdə magistr təhsilini davam etdirmək və ingilis dilindən istifadə bacarıqlarını təkmilləşdirməkdir. 

Sevdiyi şüar: “Heç vaxt heç nə gec deyil”.

İlahə Fazilova ilə baş tutan maraqlı müsahibəmizi növbəti linkdən oxuya bilərsiniz: Gələcək məqsədlərə doğru inamla