Əsədov Rauf Hümbət

Rauf Əsədov - "Promethean İnteraktiv Texnologiyalardan istifadə", İKT və kurikulum istiqamətləri üzrə təlimçi 

2005-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsini bitirən Rauf Əsədov əmək fəaliyyətinə 2006-cı ildən məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır. Pedaqoji fəaliyyətində daim özünü inkişaf etdirməyə səy göstərən Rauf Əsədov 2009-cu ildə iştirak etdiyi “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” təlimlərindən seçilərək İTE əlavə təhsil mərkəzinin təlimçiləri sıralarına qoşulmuşdur. 2012-ci ildən bu günə qədər də təhsil mərkəzində kurikulum, İKT-nin təhsilə tətbiqi üzrə bir çox təlimlərdə təlimçi, habelə bölgə koordinatoru vəzifələrində fəaliyyət göstərmişdir. Hazırda “Tədris Prosesində İnteraktiv Texnologiyalardan və Elektron məzmundan istifadə” təlim proqramı üzrə təlimçi kimi fəaliyyət göstərir.      
 
Sevdiyi Sitat: ”Kiçik üstünlüklərin arxasınca qaçarkən böyük uğurları qaçıra bilərsiniz” Konfutsi