Ağayeva Zeynəb Əhməd

Ağayeva Zeynəb - "İntel Gələcək üçün Təhsil - 10-cu versiya", “Kurikulum “ , “ Prometan lövhə “ və s. təlimlər üzrə təlimçi 

Ağayeva Zeynəb Əhməd qızı Bakı Sənaye Pedaqoji Texnikomunun məzunudur. O, ilk əmək fəaliyyətinə məktəbdə texnologiya – informatika müəllimi vəzifəsi ilə başlamışdır. 1991-ci ildən məktəbdə texnologiya fənnindən metodbirləşmə rəhbəri kimi fəaliyyət göstərir. Məktəbdə TİMS üzrə əlaqələndiricidir.  Yeni Azərbaycan Partiyasının fəal üzvüdür. 2012-2013-cü tədris ilində “İlin müəllimi” müsabiqəsində iştirak etmişdir. 9-cu siniflər üçün “Texnologiya“ fənnindən müəllim vəsaitinin dərslik müəllifi və Texnologiya fənn müəllimlərinin işçi qrupunun üzvüdür. 2012-2014-cü  illərdə jurnal və qəzetlərdə təhsillə bağlı məqalələri dərc olunmuş, həmçinin ekspert kimi çıxış etmiş Zeynəb xanımın şagirdləri də respublika miqyasında təşkil edilmiş "Texnologiya və İnformatika Layihə Olimpiadası"nda dəfələrlə iştirak edərək qalib olmuşlar. 2006-cı ildən “İntel Gələcək üçün Təhsil ” təlimi üzrə “İTE-Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzində  baş təlimçi kimi fəaliyyət göstərir.

Sevdiyi Sitat:
 ”Hər gün bir yenilik öyrənək! Bu günkü yenilik sabah köhnə ola bilər...”