Fətullayev Teymur Sabir

Fətullayev Teymur - “İntel Gələcək üçün Təhsil 10-cu versiya”, İKT və kurikulum istiqamətləri üzrə təlimçi

1995-1998-ci illərdə Teymur Fətullayev Milli Orduda həqiqi hərbi xidmətdə olmuşdur. 2005-2007-ci illərdə Lənkəran Dövlət Universitetinin “Magistratura və doktorantura” şöbəsində “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistr dərəcəsi almışdır. Müxtəlif illərdə beynəlxalq və respublika səviyyəli mətbuatda elmi məqalələri dərc olunmuşdur. 2013-cü ildə “Ən yaxşı müəllim” adını qazanmışdır. 2014-cü ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. O, 2001-ci ildən pedaqoji, 2012-ci ildən isə İKT və kurikulum istiqamətləri üzrə dövlət layihələrində təlimçi kimi isə 2012-ci ildən fəaliyyət göstərmişdir. 2015-ci ildən “İntel Gələcək üçün Təhsil 10-cu versiya” təlimi üzrə “İTE-Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzində təlimçi vəzifəsində işləyir.

Sevdiyi Sitat: Əgər yanıb işıq saça bilmirsənsə, onda heç olmasa işığın qabağını kəsmə (L.N.Tolstoy)