Fəttayev Rauf Vidadi

Fəttayev Rauf Vidadi - "İntel Gələcək üçün Təhsil 10-cu versiya" və kurikulum istiqaməti üzrə təlimçi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Kimya-biologiya” fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə məktəbdə kimya-biologiya müəllimi kimi başlamışdır. 23 illik pedaqoji təcrübəyə malik olan Rauf Fəttayev 2012-ci ildə “Mədəd Azərbaycan” MMC tərəfindən təşkil edilmiş – “İntel Gələcək üçün Təhsil” təlimi üzrə “Təlimçi Təlimi” və UNICEF tərəfindən təşkil olunmuş “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal təlim mövzusunda məşqçilər üçün təlim” kurslarını müvəffəqiyyətlə bitirərək, təhsil mərkəzində kurikulum və İKT-nin təhsilə tətbiqi üzrə ayrı-ayrı layihələrdə təlimçi kimi fəaliyyət göstərmişdir. 2015-ci ildən “İTE-Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzində “İntel Gələcək üçün Təhsil 10-cu versiya” təlimi üzrə təlimçi vəzifəsində işləyir.

Sevdiyi Sitat:  “Oxudum unutdum, gördüm xatırladım, etdim öyrəndim"  Konfutsi