Paşayev Asiman Mübariz


 

Asiman Paşayev - "İntel Gələcək üçün təhsil", Promethean lövhə və kurikulum istiqamətləri üzrə təlimçi  

Bakı Dövlət Universitetinin Mexanika - Riyaziyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə məktəbdə Riyaziyyat müəllimi olaraq başlamışdır. Pedaqoji fəaliyyətində daim özünü inkişaf etdirməyə səy göstərən Asiman Paşayev 2010-cu ildə iştirak etdiyi “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” təlimlərindən seçilərək “İTE –Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin təlimçiləri sıralarına qoşulmuşdur. 2012-ci ildən bu günədək mərkəzdə fənn kurikulumu, təhsil rəhbərləri üçün kurikulumun idarə edilməsi, milli təhsil məlumat bazası və İKT-nin təhsilə tətbiqi üzrə bir çox təlimlərdə təlimçi, habelə bölgə koordinatoru vəzifələrində fəaliyyət göstərmişdir. Təhsil mərkəzinin İKT təlimləri ilə bağlı vəsaitlərinin müəlliflərindən biridir. Hazırda “İntel Gələcək üçün təhsil” təlim proqramı üzrə təlimçi kimi fəaliyyət göstərir.              

 

 Sevdiyi Sitat: ”Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” Nizami Gəncəvi