Quliyeva Könül Cəfər

Quliyeva Könül - "İntel gələcək üçün Təhsil" və  İKT üzrə təlimçi

 Könül Quliyeva Bakı Slavyan Universitetinin “Rus dili və Ədəbiyyatı” fakültəsini bitirmişdir.İlk əmək fəaliyyətinə Hacıqabul şəhər 35 nömrəli tam orta məktəbdə rus dili müəllimi kimi başlamış və fəaliyyət göstərdiyi illər ərzində şagirdlərin təlim- tərbiyəsi üzrə əldə etdiyi nailiyyətlərə və məktəbin ictimai həyatında fəal iştirak etdiyi üçün məktəb direktoru tərəfindən fəxri fərmanla təltif olunmuşdur.Azərbaycan Müəllimlər İnstitutunda “Tarix” üzrə ixtisasını artırmış və tarix müəllimi kimi fəaliyyətə başlamışdır.Fəaliyyət göstərdiyi illər ərzində müxtəlif ölkədaxili təlimlərdə iştirak etmiş və təlimləri müvəffəqiyyətlə bitirərək diplom və sertifikatlara layiq görülmuşdür.”Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzində təlimçi vəzifəsində fəaliyyət göstərən Könül Quliyeva müxtəlif dövlət layihələri çərçivəsində “İnzibati və Pedaqoji heyət üçün İKT”,”İntel gələcək üçün Təhsil”, “ 1 şagird 1 kompüter” , “ Elekron məktəb” , “MTMB” və bir çox layihələr üzrə təlimlər keçmişdir.Kıbrıs Türk Cümhuriyyətində Girnə Amerika Universitetində Təhsil Nazirliyinin xətti ilə "Təhsilin idarə edilməsi" kursunu uğurla bitirmişdir.

Sevdiyi sitat: Dünya mənim Vətənim, elm mənim dinimdir.