Təlimçi

İxtisasartırma xidməti üzrə təlimçi seçimi açıq elan olunur.

Hörmətli müəllimlər,

“İxtisasartırma təhsilini həyata keçirən kadrların potensialının gücləndirilməsi” proqramı üzrə təlimçi hazırlıqları həyata keçirməyi planlaşdırırıq.

Proqramın əsas məqsədi müxtəlif ixtisasartırma proqramlarında təhsilverən kimi  fəaliyyət göstərən kadrların təkmilləşdirilməsidir. Proqramda iştirak ödənişlidir.

Proqrama hazırda ali, orta ixtisas və ümumtəhsil məktəblərində işləyən müəllimlər müraciət edə bilərlər.

Namizədə verilən tələblər:

·         Ali pedaqoji təhsil;

·         Ən azı 3 il pedaqoji təcrübə;

·         Ümumtəhsil məktəbləri üçün fənlər üzrə yeni təhsil proqramları ilə yaxından tanışlıq;

·         Peşəkarlıq səviyyəsini mütəmadi təkmilləşdirmək məqsədilə müxtəlif təlim və seminarlarda iştirak;

·         Qeyd edilmiş fənlərdən biri üzrə ixtisaslaşma: Azərbaycan dili və ədəbiyyat, Riyaziyyat, Tarix, Coğrafiya, Kimya, Fizika, Biologiya, İnformatika, İbtidai sinif.

 

Proqramda iştirak üçün seçim mərhələləri:

İlkin müraciət (Namizəd barədə məlumat vərəqi) əsasında seçim.

Namizədlərin fənn üzrə biliklərinin qiymətləndirilməsi (test).

Müsahibə.

 Ödəniş:

Ödəniş 70 manatdır. Proqram 20 akademik saat həcmində olmaqla 5 gün davam edir. Namizəd yalnız tədris etdiyi fənn üzrə müraciət edə bilər. Seçim TİPİİ ilə birgə aparılacaq.

İştirak etmək istəyənlər aşağıda yerləşdirilən “Namizəd barədə məlumat vərəqi”- ni doldurub 26 iyun 2018-ci il tarixinə qədər bizim elektron ünvana - office@ite.az göndərməlidirlər:



Sənədlər