Müasir qiymətləndirmənin əsasları + Tədris prosesində internetin imkanları və Veb.2 alətləri (Komplekt Təlim)

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi 17-24 may 2017-ci il tarixində ITE təlim mərkəzində təşkil etdiyi Müasir qiymətləndirmənin əsasları + Tədris prosesində internetin imkanları və Veb.2 alətləri komplekt təlimini  sizlərə təklif edir.   

Təlimdə təhsil müəssisələrinin pedaqoji və inzibati-idarəetmə heyəti, həmçinin təhsil sahəsində çalışmaq istəyən tələbə və məzunlar iştirak edə bilər.

Təlimdə iştirak etməklə siz

Müasir qiymətləndirmənin əsasları – 22 saat

-Müasir qiymətləndirmənin əsaslarını, onun ənənəvi qiymətləndirmədən fərqini şərh edir.

-Müasir qiymətləndirmənin istiqamətlərini sadalayır və onları biri-birindən fərqləndirir.

-Məktəbdaxili qiymətləndirmənin tərkib hissələrini sadalayır, əsas xüsusiyyətlərini şərh edir.

-Müasir qiymətləndirmənin prinsiplərini izah edir. 


Tədris prosesində internetin imkanları və Veb.2 alətləri – 8 saat

-İştirakçı Veb.2 alətlərindən istifadə edərək fənni üzrə müxtəlif elektron resurslar hazırlamağı öyrənəcək.

-İnternet şəbəkəsi haqqında, internetin imkanları və tədrisyönümlü saytlardan istifadə haqqında məlumat əldə edəcək.

-Web 2 alətlərindən (Mixbook, Jigzone, Prezi və s.) istifadə etməklə onlayn şəraitdə testləri, təqdimatları, oyunları və resursları hazırlamağı bacaracaq.

-Elektron poçtdan istifadə etməyi öyrənəcək və brauzerlərlə tanış olacaq

Təlimdə iştirak edən hər kəs yüksək keyfiyyətli təlim materiallarını KİTAB şəklində əldə edəcək. Bu kitabın köməyilə siz biliklərinizi bir başa işinizdə istifadə edib, tətbiq edə biləcəksiniz.

Təlimdə iştirak etməyin 5 səbəbi!

1. “İTE - Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin fəaliyyəti Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılıb    
2. Təlimlər peşəkar təlimçi tərəfindən keçirilir           
3. Təlimlər yerli və beynəlxalq aparıcı qurumlarla əməkdaşlıq nəticəsində daim yenilənən təlim proqramları əsasında keçirilir     
4. “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil 
Mərkəzi TİPİİ ilə əməkdaşlıq razılaşmasına əsasən təlim iştirakçıları yekunda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilənqiymətləndirmədə iştirak edəcək və sertifikatla təltif olunacaqlar.

Təlimin dili, vaxtı və yeri

Dil: Azərbaycan dili 

Müddəti: 30 saat 

Təlimin başlama tarixi: 17-24 may 2017-cı il  
Keçirilmə yeri: ITE Təlim mərkəzi, Süleyman Rəhimov küçəsi 179, A, "Avenyu Viraj" biznes mərkəzi, 3-cü mərtəbə (keçmiş “Jalə Plaza”), Bakı, Azərbaycan AZ1014   

Təlimdə iştirak: 60 AZN

Qeyd: Təlim istəyinizə və iştirakçı sayına uyğun olaraq işlədiyiniz təhsil müəssisəsinin nəzdində də təşkil oluna bilər.

Təlimin qiyməti və əlaqə üçün məlumat    
Təlimdə iştirak: 60 AZN      
Qeydiyyatdan keçmək üçün +994 (55) 505 53 30 və ya +994 (12) 404 85 56 nömrələrinə zəng edin və ya 
center@ite.az e-mail ünvanına yazın.

Diqqət! “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən təklif olunan bu təlimdə və digər təlimlərində iştirak etmək istəyənlər, ödənişi BOLKARTLA 1, 3 və ya 6 aya bölərək ödəmək imkanı var. 

Bu ay keçiriləcək digər təlimlərimiz barədə ətraflı məlumat üçün  veb səhifəmizdə “Təlim cədvəli” bölməsinə (LİNK)-ə keçid edin.


ONLAYN QEYDİYYAT
Qeydiyyatdan keçin və biz sizinlə tezliklə əlaqə saxlayıb, bütün maraqlandıran suallarınıza cavab verəcəyik.