Yay Məktəbi

Gələcəyə İrəli

 ENGINET şirkəti (BİRLink Brendi) “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi (İTE)  ilə birlikdə məktəblilərə “Yay Tədris Məktəbi təşkil edir. Yay məktəbinin məqsədi məktəblilələrə İnternetin faydaları ilə bağlı məlumat vermək və onlarda internetin imkanlarından düzgün istifadə bacarıqları formalaşdırmaqdır. Yay məktəbi müddətində həmçinin  “Təhlükəsiz İnternet” (Filtrasiya xidməti) mövzusu da müzakirə olunacaqdır.

İnternet-provayder və mobil operator şirkəti olan ENGINET şirkəti (BİRLink Brendi)  Azərbaycanda ilk dəfə olaraq öz müştərilərini uşaqlar üçün nəzərdə tutulan təhlükəsiz internet xidməti - "Filtrasiya İnterneti" ilə təmin edir. Telekommunikasiya sahəsinun bütün dünyada, o cümlədən bizim ölkəmizdə inkişaf etdiyi bir dövrdə, bu xidmət həm şagirdlərin təhlükəsiz inkişafına kömək edəcək, həm də onların yeni texnologiyaları öyrənməsinə və internet xidmətlərindən faydalı istifadəsinə təkan verəcəkdir.

 Təlim Təşkilatçıları haqqında məlumat: 

İT xidmətləri bazarında  çoxfunksiyalı şirkət olan ENGINET  2009-cu ildə təsis edilib. Fəaliyyətə başladığı gündən şirkət Azərbaycan telekommunikasiya bazarında qabaqcıl informasiya texnologiyalarının təşviqi üzrə ixtisaslaşmışdır. ENGİNET şirkəti İT sahəsində sistem inteqrasiyası üzrə hərtərəfli həllər təklif edən mütərəqqi internet xidməti təchizatçısıdır. ENGİNET şirkəti BİRLink ticarət nişanına (brendinə) məxsusdur. BİRLink – telekommunikasiya sahəsində əsl inqilabdır. Şirkətin missiyası innovativ texnologiyalar vasitəsi ilə əhaliyə internet üzərindən təhlükəsiz, yüksək keyfiyyətli və əlçatan xidmətlər göstərməkdir. Şirkətin əsas məqsədlərindən biri də, təklif etdiyi xidmət vasitəsilə gələcək nəsli təhlükəsiz internetlə qorumaq və onları internetdən təhlükəsiz istifadəyə yönəltməkdir.

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi (İTE) –  2012-ci ildə təsis edilib. İTE-nin fəaliyyəti tədris və təlim prosesinin inkişafı, təhsil müəssisələrində müasir texnologiyaların tətbiqinin artırılması, İKT sektorunun və yeni pedaqoji ideyaların ölkədə genişləndirilməsi və gücləndirilməsi sahəsində layihələr həyata keçirməkdən ibarətdir. Mərkəzin əsas prinsipi əhatəli yanaşma, beynəlxalq təcrübə və səmərəli tərəfdaşlıqları cari fəaliyyətində tətbiq etməkdir. Artıq bir neçə ildir ki, mərkəz Azərbaycan müəllimlərinin peşəkarlıq səviyyəsini təkmilləşdirmək sahəsində xeyli işlər görməklə bərabər, həm də təhsil həlləri üzrə məsləhət xidmətləri təklif edir, təhsildə innovativ metodikalardan istifadə üzrə yeni yanaşmaları təbliğ edir. İTE təhsilverənlərin və təhsil sahəsi liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsil sahəsinin strategiyasının effektiv tətbiqinə dəstək olur.

Proqrama daxildir:

·         Filtrasiya xidməti «Uşaq interneti»

·         İnternet xidmətlərindən düzgün və faydalı istifadə

İnternet resursları:

·         İnternet resurslarının təhsildə istifadə imkanları və internet resurslarından istifadənin üstünlükləri.

·         İnternet resurslarının öyrənmə prosesi üçün əhəmiyyəti.

İnternetin təhsildə istifadə imkanları:

·         Wikipediya-açıq dünya ensiklopediyası

·         Elektron kitablar və kitabxanalar

·         Uşaq axtarış sistemləri

·         Təhsilə faydalı Google alətləri ( Gmail, Google translate, Google Maps, Google Earth, Google disk, Google documents).

·         Öyrədici oyunların faydası. Sadə oyunlar necə kodlaşdırılır?

Yay məktəbinin hədəf auditoriyası:

·         12 – 17 yaş arası məktəblilər.

Yay məktəbinin məqsədi:

İnternet xidmətlərindən səmərəli istifadə üzrə bacarıqların formalaşdırılması və təhlükəsiz internetdən istifadə.

 Əlavə məlumat:

Təlim Azərbaycan dilində keçiriləcək.

İştirakçılar üçün İTE tərəfindən elektron təlim materialları,  «ENGINET» şirkəti tərəfindən isə yay məktəbi üçün digər ləvazimat və materiallar veriləcək.

Yay məktəbinin cədvəli: Yay məktəbi 2 qrupdan ibarət olmaqla, 14 – 25 avqust tarixləri arasında keçiriləcək. Təlim cədvəlinə əsasən qruplar üzrə təlim həftədə 2 gün, gündə 3 saat olmaqla davam edəcək. Qrup üzrə maksimum iştirakçı sayı 20 nəfər olacaq.

I qrup – 1-ci gün, 15 avqust  2017 - ci il, saat 10:00 - 13:00.

                  2-ci gün, 18 avqust  2017 - ci il, saat 10:00 - 13:00.

II qrup – 1-ci gün, 22 avqust  2017 - ci il, saat 10:00 - 13:00.

                   2-ci gün, 25 avqust  2017 - ci il, saat 10:00 - 13:00.

Yay məktəbinin qiyməti: ödənişsizdir.

Mərkəzin ünvanı: Süleyman Rəhimov küçəsi 179, A 
"Avenyu Viraj" biznes mərkəzi, 3-cü mərtəbə (keçmiş “Jalə Plaza”)

Anket formasının linki: https://goo.gl/forms/o5DcYmqJC4gGGdVl2