237 nömrəli məktəbdə İntel “Gələcək üçün Təhsil” V10 layihəsi həyata keçirilib

 “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən təşkil olunan İntel “Gələcək üçün Təhsil” V10 təlimin müdavimi Bahar Əkbərova təlimin nəticəsi olaraq layihə tədbirini keçirib.

Belə ki, tədbir 26 may 2017-ci il tarixində İntel “Gələcək üçün Təhsil” V10 layihəsinə dair  “Kəsrlər” mövzüsünda “Yer kürəsini bölmək olarmı?” adında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsinin 237 nömrəli tam orta məktəbində həyata keçirilib.

Layihə “Bölən” qrupunun təqdimatı ilə başladı. Bölən qrupu kəsrlərin yaranma tarixini araşdırıb, əldə etdikləri nəticələri təqdimat şəklində hazırladılar. Təqdimatın sonunda kəsrlər mövzusunda WEB2 alətində kəsrlərə aid klip təqdim edib izləyicilərə  flashmob ifa etdilər.

İkinci “Vətən” qrupu çıxış edərək Azərbaycan dövlətinin yaranışından bu günə qədər parçalanmağa necə məruz qaldığını araşdırıb video çarx təqdim etdilər. Bundan əlavə “Vətən” qrupunun çıxışının sonunda “Gülüstan müqaviləsi” ni əks etdirən səhnəcik göstərildi.

Üçüncü “Bölünən” qrupu  Yer kürəsini əhalisinə, ərazisinə, irqinə, dilinə, dininə görə necə bölündüyünü araşdırıb, əldə etdikləri nəticələri videoçarx olaraq nümayiş etdirdilər.

Növbəti olaraq “Hissə” qrupu Yer kürəsini quru və su ərazilərinə necə bölündüyünü araşdıraraq, kəsrlərin dili ilə təqdim etdilər. Onlar göstərdilər ki, adi kəsrlər ilə Yer kürəsini necə toplayıb tama çevirmək olar. Hissə qrupu Yer kürəsini quru və su ərazilərinə necə bölündüyünü göstərərkən, həm də quru ərazinin yalnız yüzdə səksən hissəsində yaşayışın mümkünlüyünü sübut etdilər və Yer kürəsi haqqında videoçarx göstərdilər. Hissə qrupunun təqdimatının sonunda uşaqlar tədbirin loqosunu, yəni Yer kürəsini əllərində tutmaqla bloqda yerləşdirlikləri müraciətlə birlikdə təqdim edərək “Azərbaycan” mahnısı ilə tədbiri sonlandırdılar.

Yekunda tədrisdə yaradıcı yanaşmanın tətbiqi, Kompüter texnologiyalarından effektiv istifadə etmək qaydaları, Müasir təlim strategiyaları, qiymətləndirmə üsul və alətləri, İKT bacarıqlarından dərsdə səmərəli istifadə etməyi, Web 2.0 alətlər və müasir texnologiyalarla işləməyi, Şagirdlərdə müstəqil tədqiqat fəaliyyəti bacarıqlarını inkişaf etdirməklə analitik düşüncə formalaşdırmağı, “Praktik təcrübə toplayaraq, layihə planlaşdırmağı, multimedia təqdimatları, nəşrlər, veb-səhifələr yaratmağı və şagirdlərdə yüksək düşüncə vərdişlərinin formalaşdırmağı” mənimsəyən “Riyaziyyat” müəlliməsi Bahar Əkbərova bu layihəni reallaşdırmaqda məqsədi gələcəkdə ixtisasından asılı olmayaraq şagirdlərdə araşdırma, tədqiqat və təqdim etmə bacarıqları keyfiyyətinin yüksəldilməsi olduğunu vurğuladı.

ITE Əlavə Təhsil Mərkəzinin Beynəxalq proqramlar üzrə mütəxəssisi, İntel Gələcək üçün Təhsil layihəsinin meneceri Nilüfər Dəmirzadə,  Monitorinq və Qiymətləndirmə üzrə mütəxəssisi Nigar Əhmədzadə, İntel Gələcək üçün Təhsil layihəsinin baş təlimçisi olan Xəyal Poladov və digər qonaqlara söz verilərək layihə barəsində fikirlərini bölüşərək qiymətləndirdilər.

“Təhsildə İnnovativ Texnlogiyalar” Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti

 

 

 

 

 


Qalereya