Aberstwyth universiteti nümayəndəsindən təlimçilərimizə MasterClass

“Təhsldə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi beynəlxalq təcrübə və səmərəli tərəfdaşlığı cari fəaliyyətində tətbiq edərək azərbaycan müəllimlərinin peşəkarlıq səviyyəsini təkmilləşdirmək istiqamətində xeyli işlər görməklə bərabər, dunyada tanınmış universitetlər və təşkilatlarla əməkdaşlığı ölkəmizin təhsil sahəsində inkişafına və genişlənməsinə  yeni imkanlar yaradır. Belə ki, 8 mart 2017-ci il tarixdə Aberstwyth Universtetinin Təhsil şöbəsinin müdiri Andrew James ITE-nin nəzdində yaradılmış təlim mərkəzində təlimçilərə masterclass keçmişdir. Təlimin nəticəsi olaraq “Öyrətmə və öyrənmənin keyfiyyətinin yüksəldilməsi modulu üzrə innovativ ideyaların inkişafına,

·         “Məktəb səviyyəsində öyrətmə və öyrənmənin keyfiyyəti nədir?”;

·         “Öyrətmə və öyrənmə prosesinin  keyfiyyətinin qiymətləndirilməsi üçün prosedur və əsas anlayışlar”;

·     “Öyrətmə və öyrənmə prosesində əsaslı dəyişikliklər. Öyrətmə və öyrənmə sisteminin keyfiyyətli qurulması üçün səmərəli dəyişikliklərin aparılması”

mövzüları üzrə yerli təhsil mühitində inzibati-idarəetmə heyətinin bilik, bacarıq və səriştələrinin təkmilləşdirilməsinə və innovativ ideyaların inkişafına şərait yaradacaq.

Bildirək ki, İngiltərənin Uels şəhərində yerləşən Aberstwyth universteti dunyada reytinqinə görə öncül universitetlərdəndir. ITE Əlavə Təhsil Mərkəzinin bu əməkdaşlığının nəticəsi olaraq Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə sürətli inteqrasiyasına və beynəlxalq təcrübənin yerli təhsil mühitinə tətbiqinə daha da əlverişli şərait yaratmış olacaq. Qeyd edək ki, hazırda bir neçə yerli və xarici universitetlər ilə də müvafiq əməkdaşlıq danışıqları aparılmaqdadır.

“Təhsildə innovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti

 


Qalereya