Azərbaycan Texniki universitetində CISCO-nun təqdimatı keçirilib

Bu gün elə bir sahə yoxdur ki, orada İKT-dən istifadə olunmasın. Ona görə də müasir zamanın tələbinə uyğun olaraq hər kəs, xüsusilə bu  sahə üzrə məşğul olanlar informasiya texnologiyalarından yüksək səviyyədə istifadə etmək bacarığına yiyələnməlidi. Bunun üçün biz mütəmadi olaraq “Təhsildə İnnovativ Texnoogiyalar”  Əlavə Təhsil Mərkəzinin nəzdində yaradılmış “Cisco Şəbəkə Akademiyası” bu sahəyə marağı olan şəxslərin texniki bazasını artırmaq və kadr potensialını gücləndirmək üçün şərait yaradır.

Belə ki,  ITE Əlavə Təhsil Mərkəzi növbəti olaraq Azərbaycan Texniki universitetində 19 aprel 2017-cil tarixində “Cisco Şəbəkə Akademiyası”nın təqdimatını keçirib.

Təqdimat prosesində giriş sözü universitetin təlim-tərbiyə üzrə prorektoru İsa Xəlilov açaraq tələbələrə İKT-nin təhsil sahəsində əhəmiyyətli rol oynamasını və tələbələrə "Cisco şəbəkə Akademiyası"nın təklif etdiyi təlim kurslarında  iştirak etmələrini  tövsiyyə etdi. Sonra  ITE Əlavə Təhsil Mərkəzinin beynəlxalq layihələr üzrə mutəxəssisi Nilufer Dəmirzadə “Cisco Şəbəkə Akademiyası” haqqında məlumat verib və tələbələri  bu sahədə maraqlandıran sualları cavablandırdı.

Qeyd edək ki, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi şəbəkə texnologiyası üzrə dünya liderinə çevrilən Cisco Şəbəkə Akademiyasında müxtəlif bölmələr üzrə kurslar təşkil etmişdir. Bu kursları bitirən tələbələrə verilən sertifikatlar dünyanın hər yerində tanınır və həmin tələbələr karyerada üstünlük əldə etmək qabiliyyətinə sahib olmuş olurlar.

ITE “CİSCO Şəbəkə Akademiyası” təlimlərində iştirak etmək istəyənlər linkə (LİNK) keçid edərək bütün kurslar barədə və keçiriləcək mövzülar haqda məlumat ala bilərlər.

 "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə təhsil Mərkəzinin Mətbuat Xidməti


Qalereya