Düzgün qoyulmuş məqsəd  uğura gedən yol deməkdir.

"Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi arasında imzalanmış 7 sentyabr 2016-cı il tarixli 13 №-li müqavilə üzrə Suraxanı rayon 87№- li tam orta məktəbdə “Təhsil sisteminin müəllim və inzibati idarəetmə heyətinin İKT-nin tədrisə tətbiqi üzrə stajkeçmə xidməti“ layihəsi çərçivəsində  müəllimlərlə əməkdaşlığımız uğurla həyata keçirildi. Layihənin əsas məqsədi müəllimlərin dərs prosesində  İKT-dən məqsədyönlü istifadəni təmin etməkdir.

Müəllimlərlə birgə fəaliyyət zamanı keçirilən dərslər şagird fəaliyyətini formalaşdırmaq, təfəkkürünü inkşaf etdirmək  məqsədi daşıyır. Şagirdlər  informasiya texnologiyalarından düzgün istifadəyə yönləndilir. Müəllimlər şagirdlərin marağını tədris prosesinə cəlb etmək, dünyagörüşünü formalaşdırmaq üçün müxtəlif fənlərdən maraqlı dərslər təşkil etdilər. Dərslər Azərbycan dili, informatika, texnologiya, həyat bilgisi, riyaziyyat fənləri üzrə keçirildi. Dərslər həm kollektiv, həm qrup formasında təşkil olundu.

Şagirdləri düşündürən maraqlı tapşırırqlar, bacarıqları formalaşdıran rollu oyunlar, maraqlı video çarxlar, resurslar, onlayn tapşırırqlar dərsləri daha da səmərəli etdi.

Həyat bilgisi üzrə keçirilən  “Milli-mədəni dəyərlərimiz” layihəsi şagirdlərin marağına səbəb oldu.

Layihədə əsas məqsəd şagirdlərin Milli-mədəni dəyərlərimizin  tanınması, onların qorunması yollarını bilmələri və növbəti nəsillərə ötürülməsinin əhəmiyyətini anlatmaq idi. Layihə  həyat bilgisi fənindən  mənəviyyat məzmun xəttini özündə əks etdirən standartları reallaşdırdı. Şagirdlər dərs zamanı  virtual səyahət, video çarxlar, həm də müxtəli təqdimatlardan yararlandılar.

Həyat bilgisindən digər dərs  “Azərbaycan dövlətinin əlamətləri” və “Gəlir –xərc “mövzusunda həyata keçirildi. Bu dərsdə şagirdlər  dövlətimizin  atributlarını  araşdırdıraraq öyrəndilər və hər birinə uyğun xüsusi video çarxlar izlədilər. Şagirdlər dövlətimizi daha dərindən tanıdılar və hansı əlamətləi ilə tanınmasını dərk etdilər.

Gəlir  xərc mövzusunda isə şagirdlər  gəlir, xərc, büdcə anlaşını öyrəndilər və büdcəni formalaşdırmaq üçün puldan düzgün   istifadə qaydalarını araşdırdılar. Bu mövzuda video çarx izlənildi. Qənaətçillik, barter, büdcə haqqında zəngin məlumatlar təqdim etdilər. Keçirilən dərslər maraqlılığı, rəngarəngliyi, şagird diqqətini cəlb etmə, şagird təfəkkrünü inkişaf etdirmə, müasir texnologiyaları özündə əks etdirmə  baxımından əhəmiyyətli oldu.

Müəllimlərimizə gələcək dərslərində uğurlar!

 


Qalereya