ENGINET şirkətinin (BİRLink Brendi) “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə birlikdə məktəblilər üçün təşkil etdiyi “Yay Tədris Məktəbi”nin 1-ci qrupu artıq yekunlaşmışdır.





“Yay Tədris Məktəbi”ndə məktəblilər internet xidmətlərindən düzgün və faydalı istifadə, təhsildə internetin istifadə imkanları, uşaq axtarış sistemləri, təhsilə faydalı Google alətləri, sadə oyunların kodlaşdırılması, texnoloji yeniliklər və müxtəlif proqramlar haqqında məlumatlar əldə ediblər.

 Həmçinin bu maraqlı həftə ərzində uşaqlar texnologiyanın son istehsallarından olan cihazlar ilə də canlı olaraq tanış olublar.  Sonda isə ENGINET şirkəti tərəfindən “Təhlükəsiz İnternet qaydaları” haqqında məlumatlanaraq HƏDİYYƏLƏRƏ sahib olublar.

Əgər Siz də övladınızın maarifləndirilməsi ilə bərabər son yay həftəsininin maraqla keçirməyini istəyirsinizsə o zaman qeydiyyatdan keçməyə TƏLƏSİN!

Yerlər məhduddur. Qeydiyyat üçün aşağıda anket formasının linki qeyd olunub: 

Anket forması



Qalereya