Həvəsə gətirən mən, işləyən onlar, qazanan isə  balarımız

Azərbaycanda ilk dəfə olaraq “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Bakı şəhəri üzrə seçilmiş 38 məktəbdə “İxtisasartırma xidməti keçmiş müəllimlər və inzibati-idarəetmə həyətinin İKT-dan tədrisdə tətbiqini dəstəkləmək məqsədi ilə stajkeçmə xidmətinin təşkili” layihəsi həyata keçirilir. Belə ki, artıq 2 aydır ki, yaxındır Bakı şəhəri Qaradağ rayonu 106 saylı məktəbdə mentor Aynurə Dadaşovanın dəstəyi ilə mentorluq xidməti uğurla davam etdirilir. Layihə çərçivəsində xidmət göstərən mentorumuz dəstək göstərdiyi müəllimlərlə fərdi görüşlər təşkil edir. Müəllimlərlə apardığı söhbətlərlə, onların dərslərini müşahidə etməklə əldə etdiyi nəticələrə uyğun olaraq müəllimlərin peşəkar inkişaf ehtiyaclarını müəyyən edir. Mentor Aynurə Dadaşovanın uğurlarını bizimləbelə bölüşdü.

“Mentorluq məsuliyyətli və şərəfli bir fəaliyyət növüdür. Dəstək göstərməyə çalışdığın insanların inamını qazanmaq, onların peşəkar inkişafında uğura nail olmaq fəxredici bir hissdir. İlk olaraq çətinliklə əldə olunan bu nailiyyət növbəti mərhələlərdə daha sürətlə irəliləyir. Müəllimlərin uğurlarını onların fəaliyyətində öz əksini tapır. Nəticələri əyani olraq digər müəllimlərlə bölüşmək istərdim. Həvəsə gətirən mən, işləyən onlar, qazanan isə  balarımız.

Gözəl şairimiz Mikayıl Müşfiq yerində deyib:

Yoldaşı sıradan qalarkən geri,

Tutub ətəyindən çəkib irəli,

Ona qüvvət verən, ona ruh verən

Ona ən uğurlu bir yol göstərən

Həm sevgi bəsləyib, həm can yandıran,

Sönük duyğuları işıqlandıran

Səmimi bir insan nə bəxtiyardı

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti


Qalereya