ITE Bakı Biznes universitetində təlimlərini davam etdirir.

Azərbaycan təhsil mühitində pedaqoji heyətin inkişafı və təkmilləşməsi üçün innovativ layihələr, məsləhətlər, həmçinin, müəllimlərin peşəkar ehtiyaclarına cavab verən aktual təlim proqramlarını təklif edən Təhsil Nazirliyinin lisenziyasına malik “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi müxtəlif təhsil layihələrini uğurla icra etməkdə və təqdim etdiyi təlimləri yüksək keyfiyyətlə həyata keçirməkdədir.

Belə ki, ITE Əlavə Təhsil Mərkəzi Bakı Biznes Universiteti ilə imzaladığı müqaviləyə əsasən universitetdə aşağıda qeyd olunan təlimlərimiz davam edir.

·         Fəal təlim

·         İKT-nin təhsildə tətbiqi

·         Təhsildə layihə metodikasıdan istifadə

·         Tədris prosesinin planlaşdırılması

·         Liderlik və auditoriyanın idarə olunması

Xüsusilə vurğulayaq ki, təlimlər ITE Əlavə Təhsil Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən keçirilir.

Xatırladaq ki, təlimlərin qiymətləndirilməsi və müdavimlərin sertifikatlaşdırılması Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu – TİPİİ tərəfindən aparılır.

“Təhsildə İnnovativ Texnollogiyalar” Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti


Qalereya