ITE məktəblərdə məmnunluq sorğusu keçirdi

Ölkəmizdə artıq 3 ildir ki, Azərbaycan Republikası Təhsil Nazirliyi  və “Təhsildə İnnovativ Texnlogiyalar” Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlıqı çərçivəsində Bakı şəhəri üzrə seçilmiş 55 məktəbdə “İxtisasartırma xidməti keçmiş müəllimlər və inzibati-idarəetmə həyətinin İKT-dən tədrisdə tətbiqini dəstəkləmək məqsədi ilə stajkeçmə xidmətinin təşkili” layihəsi həyata keçirilir. 

Bildirək ki, ITE Əlavə Təhsil Mərkəzinin  mentorlarının dəstəyi ilə artıq 38 Bakı şəhəri ümumtəhsil  məktəblərində mentorluq xidməti uğurla başa çatmışdır.

Xüsusilə vurğulayaq ki, ITE Əlavə Təhsil Mərkəzi davamlı olaraq həyata keçirdiyi layihələri keyfiyyətli təşkilini, icrasını müəyyən etmək məqsədi ilə təlimdən keçmiş müdavimlər və məktəb rəhbərləri ilə məmnunluq sorğusu keçirir. Sorğu nəticələri “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ekspert qrupu tərəfindən təhlil olunur və təhlilin nəticələrinə uyğun olaraq layihələr təkmilləşdirilir, keyfiyyətli təşkil olunması, məzmununun  yenilənməsi üzrə fəaliyyətlər həyata keçirilir.

 Belə ki, Yuxarıda qeyd olunanlara uyğun olaraq “Təhsildə İnnovativ Txnologiyalar” Əlavə Təhsil Mərkəzinin proqram üzrə köməkçi vəzifəsində çalışan Həvva Verdiyevanın işrirakı ilə bu gün Bakı şəhərinin ümumtəhsil - 49, 162 və 236 nömrəli  məktəblərində mentorluq dəstəyi ilə bağlı  məmnunluq sorğusu keçirildi.

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti


Qalereya