“Sağlam həyat - sağlam gələcək” adlı layihəyə mentorumuzun tövhəsi

“Təhsildə İnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin mentorları yeni ideyalarla uğurlarını davam etdirməkdədir.

Hörmətli izləyicilər, sizə silsiə olaraq mentorlarımızın fəaliyyəti, onların xidmətlərindəki yeni uğurları haqqında məlumatlar təqdim edirik. Bu dəfə mentorumuz Billurə Həsənovanın fəaliyyəti haqqında yazını diqqətinizə çatdırırıq.

 ITE Əlavə Təhsil Mərkəzinin mentoru  Billurə Həsənova Bakı şəhəri, Xəzər rayonu 149 nömrəli tam orta məktəbdə dekabr ayından məktəbin 10 ibtidai sinif müəlliminə İKT-nin təhsildə tətbiqi istiqamətində dəstək göstərir.

Mentorun dəstəyi ilə 23 fevral 2017-ci il tarixdə 149 nömrəli məktəbin 4L sinif müəllimi Gülmira Ələsgərovanın təşkil etdiyi “Sağlam həyat - sağlam gələcək” adlı layihənin təqdimatı olmuşdur. Layihə Bakı şəhər Təhsil İdarəsinin fəaliyyət planına uyğun olaraq “Ekologiya” aylığının motivləri əsasında qurulmuşdur.  Layihəyə cəlb olunan şagirdlər onlara verilən vaxt ərzində araşdırdıqları “Sağlamlığa ziyan vuran zərərli  vərdişlər”, eyni zamanda “İnsan və təbiət “, ”İnsan və Ekologiya” mövzularını sintez etmişlər. Belə ki, mövzu ətrafında  tərbiyəvi xarakterli  video-çarxlar, səhnəciklər, şagirdlərin özləri  tərəfindən  yazılmış şeirlər, atalar sözləri, tədqiqat zamanı məktəbin şagirdlərindən alınmış intervyunun videoçarxı  təqdim olunmuşdur.

Tədbir dəvət olunmuş həkimin, məktəbin direktoru Rəhilə xanımın, tədris  hissə  müdiri və  metodbirləşmə sədrinin tövsiyyələri ilə yekunlaşıb. Yekunda  müəllimin və məktəbdə mentorluq  fəaliyyəti göstərən Billurə xanımın fəaliyyəti  yüksək qiymətləndirilmişdir.

“Təhsildə İnnovativ Tenologiyalar” Əlavə Təhsil Mərkəzinin Mətbuat Xidməti

 


Qalereya