TİPİİ - də təlimlərimiz davam edir

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi   Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə birlikdə İnformasiya Kommunikasiya Texnologiyalarını (İKT) təhsildə səmərəli tətbiq etmək istəyən ümumi təhsil məktəb, universitet müəllimləri həmçinin təhsil sahəsində çalışan inzibatçılar, tələbələr və gələcəkdə müəllim kimi işləmək istəyənlər üçün təşkil etdiyi "Promethean - ağıllı lövhədən istifadə" təlim kursu davam edir.

Təlim ITE Əlavə Təhsil Mərkəzinin təlim üzrə mütəxəssisi Xalid Çəndirli tərəfindən aparılır. Təlim tək nəzəri biliklərin deyil həm də praktik bacarıqların formalaşması istiqamətində də təşkil olunur. 

 Xatırladaq ki, təlim keçən mütəxəssisimiz Xalid Çəndirli   İKT təlimi üzrə mütəxəssisi, Azərbaycanda ilin innovasiya müəllimi adına layiq görülüb. Təlim mütəxəssisi Xalid Çəndirlinin təlimçi fəaliyyəti haqqında bir neçə məqamı xüsusi  vurğulamaq istərdik. Belə ki, İKT-nin təhsilə tətbiqi istiqamətində geniş təcrübəyə malik Xalid Çəndirli 2017-ci ilin 21-23 mart tarixlərində Microsoft şirkəti tərəfindən Kanadanın Toronto şəhərində təşkil olunan “E2 Education Exchange” adlı tədbirdə Azərbaycanı təmsil etmişdir. Bundan əlavə bu il Azərbaycanda ilin innovasiya müəllimi adına layiq görülmuşdür.

Mütəxəssisimiz tərəfindən təlim həftənin şənbə və bazar günləri olmaqla TİPİİ-nin təlim tədris mərkəzində keçrilir. Təlim kursunu uğurla başa vuran müdavimlərə sonda  “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu  adından ixtisasartırma sertifikatı veriləcəkdir.

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin mətbuat Xidməti

 

 

 

 


Qalereya