Universitet müəllimlərinə keçirilən təlim uğurla davam edir

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi növbəti universitet olaraq “Xarixi Dillər Universiteti” nin pedaqogika kafedrasının müəllimləri üçün təşkil etdiyi “Fəal təlim”  təlim proqramı uğurla davam edir. 2017-ci il 5-15 iyul tarixlərini əhatə edən təlim proqramı ümumilikdə 36 saatdan ibarətdir. Müdavimlər təlim proqramının nəticəsi olaraq aşağıdakı aspektlər üzrə bilik və bacarıqlarını daha da artırmış olacaqlar.

•Təlim və öyrədici mühitin yaradılmasının yollarını şərhi, inkişafetdirici mühitin növlərini: əşyavi mühit, informasiya mühiti, sosial-psixoloji mühit haqqında bilkilərini, praktik olaraq nümunələrində təqdimi.

•Təfəkkürün növləri və onların inkişafı yollarını izah edəcək, taksonomiyalar və müasir inkişaf nəzəriyyələrini, konstruktiv təlim və öyrənmə modelləri şərhi.

•Təxəyyülü inkişaf etdirən, zehni prosesləri əyaniləşdirən, sürətli düşünmə vərdişi formalaşdıran üsulları tədris prosesində tətbiqi.

•Təxəyyülyönümlü üsulların tətbiqi ilə şagirdlərdə müasir dövrün tələblərinə cavab verən bacarıq, vərdiş, dəyər və şəriştələr formalaşdırmağın yolları.

Xüsusilə vurğulayaq ki, təlim proqramı ITE Əlavə Təhsil Mərkəzinin peşəkar təmsilçisi Şəlalə Məhərrəmova tərəfindən keçirlir.

Növbəti tarixlərdə planlaşdırılan təlimlərimizin tarixi, müddəti və öyrədilən mövzülar barədə məlumatları veb səhifəmizin daim yenilənən “Təlim Cədvəli” bölməsindən əldə edə bilərsiniz.

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin Məbuat Xidməti


Qalereya