Xocalı soyqırımından 25 il ötür

Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsıdir.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini tarixdə misli görünməmiş vəhşilik, qəddarlıq və işgəncələrlə qətlə yetirilmişdir.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmaqdadır. Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Hersoqovina, Peru Honduras , İordaniya , Peru və ABŞ-ın bir çox ştatları bu soyqırım aktını rəsmən tanımışdır.

"Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi Xocalı qurbanlarını dərin hüznlə yad edir, onlara Allahdan rəhmət, yaxınlarına isə səbr diləyir.