Mentorluğun Azərbaycan məktəblərində davamlı inkişafını necə təmin etmək olar?

19.12.2015

Mentorluğun Azərbaycan məktəblərində davamlı inkişafını necə təmin etmək olar?

Giriş

İTE Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi analitik fəaliyyətini ictimaiyyətə təqdim etmək təşəbbüsünü irəli sürür.  Artıq hər ay İTE-nin internet səhifəsində (www.ite.az) milli təhsil siyasətimizi əks etdirən təhlil və tövsiyələrə  dair nəşrlər oxucuların diqqətinə təqdim olunacaqdır.  İTE Əlavə Təhsil Mərkəzinin mövqeyini ifadə edən analitik  qeydlər “white paper” formatında,  təhsil işçilərinin və ümumilikdə geniş ictimaiyyətin müzakirəsinə təqdim olunur. Həmkarlarımızı, tərəfdaşlarımızı və saytımızın ziyarətçilərini bu analitik qeydlərin mövzusuna dair şərhlərini,  fikirlərini və təkliflərini bizimlə bölüşməyə və müzakirələrdə fəal iştirak etməyə dəvət edirik.  Biz isə öz növbəmizdə təqdim olunan analitik qeydlərimizi sadə, oxunaqlı  və konkret formada Sizlərə çatdırmağa çalışarıq. 

Xülasə
İTE Əlavə Təhsil Mərkəzi Azərbaycanda müəllimlərin peşəkar inkişafında yeni model olan  mentorluğun ümumi təhsil məktəblərində keyfiyyətli, peşəkar tətbiqini təmin edir.  Bu modelin təsviri 3 hissəli  silsilə nəşrlər vasitəsilə oxuculurımızın diqqətinə çatdırılacaq:

Hissə 1. Azərbaycanda müəllimlərin davamlı peşəkar inkişafı istiqamətində mövcud vəziyyətə qısa baxış. Bu ilk analitik qeydimizdə Sizlər təhsildə keyfiyyətin təmin olunmasında müəllimin və onun davamlı peşəkar inkişafında hansı vacib amillərin rol oynadığı ilə tanış olacaqsınız.  Təhsilimizdə müəllimin davamlı peşəkar inkişafında movcud vəziyyətin icmalı və təhlili Sizlərin müzakirəsinə təqdim edilir;

Hissə 2. Azərbaycan müəllimləri onların peşəkar inkişafını  təmin edən imkanları necə qiymətləndirirlər? Müəllimlərimiz necə peşəkar inkişaf istəyir? Bu analitik qeyddə isə kurikulum islahatının tətbiqi prosesini izləyən monitorinq tədqiqatlarını oxucularımızın diqqətinə çatdıracağıq. Həmçinin yeni kurikulumların tətbiqində Azərbaycanda  mentorluq yanaşmasını, bu yanaşmanın müəllimlərin peşəkar inkişafında əhəmiyyəti, səmərəsi və keyfiyyəti haqqında təhlilləri təqdim edəcəyik. Analitik qeydin yekunu olaraq  pedaqoji kadların davamlı peşəkar inkişafında müəlimləri narahat edən məsələlər və onların tövsiyələri oxucularımıza təqdim olunacaq;

Hissə 3. Beynəlxalq kontekstdə müəllimlərin  davamlı peşəkar inkişaf modellərinin icmalı. Təhsil sahəsində dünyanın aparıcı ölkələrində tətbiq olunan mentorluq təcrübəsi ilə bu analitik qeyddə tanış olacaqsınız. Beynəlxalq davamlı peşəkar inkişaf modellərinin təsviri, təhlili və peşəkar inkişafa təsiri bu bölmədə Sizlərin diqqətinə təqdim olunacaq. Həmçinin, Azərbaycan təhsilində keyfiyyətin yüksəldilməsində təhsil siyasətində nəzərdə tutulan istiqamətlər üzrə tövsiyyələr təklif olunacaq.

Bu sayımızda Hissə 1 - Azərbaycanda müəllimlərin davamlı peşəkar inkişafı istiqamətində mövcud vəziyyətə qısa baxış, Sizlərin diqqətinə çatdırılır. Mövzu ilə əlaqədar geniş analitik məqalə ilə aşağıdakı sənəddə tanış ola bilərsiniz.

“İTE - Təhsildə İnnovativ Texnologiyalar”  əlavə təhsil mərkəzinin mətbuat xidməti


Документы