“Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi özünün fəaliyyət istiqamətləri üzrə ixtisaslaşmış təhsil xidmətləri göstərən, müasir təhsilin bütün vacib tələblərini qarşılayacaq, ona fayda verə biləcək potensiala sahib olan, özünün yüksək dünyəvi dəyərlərə söykənən, gələcək məqsədlərə doğru istiqamətlənmiş prinsipləri olan bir şirkətdir. Öz qənaətimlə şirkətin iş prinsipini “peşəkar işçi-səmərəli iş-davamlı tərəfdaş” prinsipi kimi ifadə edərdim. ”ITE”-nin müasir insani münasibətlər, yüksək etik dəyərlər üzərində qurulan innovativ idarəetmə fəlsəfəsi, hər bir əməkdaşı üçün yaratdığı müsbət iş mühiti məhsuldar iş keyfiyyətini saxlamaqda bizim üçün əsl stimuldur. Qazandığı dəyərləri ,dəyişməz prinsipləri,doğru seçilmiş iş fəlsəfəsi nəticədə “ITE” –“Uğur”-“Nailiyyət” ifadələrini biri-birinə daha yaxın etmişdir. Şirkətimizə hər zaman yüksələn xətt üzrə irəliləməkdə davam etməyi arzu edirəm.
RAUF ƏSƏDOVTəlimçi1533108052.jpg)