ADPU müəllimləri üçün beynəlxalq sertifikat imkanı

Müəllimlərin rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq məqsədilə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti üçün “Təbiət fənlərinin hibrid öyrənmə mühitində tədrisi metodikası və onlayn ünsiyyət” təlim proqramına start verib.

Təlim proqramının əsas məqsədi müəllimlərin kimya, fizika və biologiya dərslərində İKT əsaslı metodlardan istifadə bacarıqlarını inkişaf etdirməkdir. Təlim zamanı virtual laboratoriya və mobil tətbiqlər kimi müasir resurslardan istifadə bacarıqları öyrədiləcək.

Proqramın sonunda müəllimlər ITE-nin “ICDL Authorized Testing Centers” test mərkəzində beynəlxalq sertifikat imtahanında iştirak edəcəklər. Uğurla keçən müəllimlərə beynəlxalq sertifikatlar təqdim olunacaq.

https://www.facebook.com/share/p/14NZws1JnF/

Növbəti postlar

“Canva for Education” platformasının Azərbaycanda rəsmi təlim tərəfdaşı oldu!

İTE Azərbaycan beynəlxalq təhsil texnologiyaları sahəsində daha bir mühüm uğura imza ataraq dünyanın aparıcı vizual kommunika...

Microsoft ilə strateji tərəfdaşlıq genişlənir!

May ayının 18-də Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktor...