Azərbaycanda Gənc Müəllimlərin 73%-lik Uğur Nəticəsi!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən təlimlər çərçivəsində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası üzvü olan müəllimlər beynəlxalq imtahanlarda yüksək ballar toplayaraq böyük uğur qazandılar!

2023-2024-cü illər ərzində 222 AGMA üzvü ITE tərəfindən təşkil olunan təlimlərdə iştirak etmişdir. Onlardan 163 nəfər beynəlxalq sertifikatlı mütəxəssis adına layiq görülmüşdür.

💡Müəllimlərimiz ITE-nin “Certiport” və “ICDL” test mərkəzlərində bilik və bacarıqlarını nümayiş etdirərək qlobal səviyyədə tanınan sertifikatlar əldə etdilər. Bu nailiyyətlər onların pedaqoji fəaliyyətinə yeni perspektivlər gətirir.

📌İmtahanlar 3 əsas istiqamət üzrə keçirilib:

🔹“Microsoft Sertifikatlı Pedaqoq” (MCE);

🔹“ICDL Kompüter və Onlayn Əsaslar”;

🔹“ICDL Komanda İşi.”

✨Gələcək fəaliyyətlərinizdə sizə uğurlar arzu edirik!

 

Növbəti postlar

Müəllimlərin 91%-i beynəlxalq sertifikat qazandı!

Elm və Təhsil Nazirliyi ilə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzinin əməkdaşlığı nəticəsində bu il ölkəmizdə ilk...

Azərbaycan təhsilində rəqəmsal bacarıqların inkişafı beynəlxalq səviyyədə nümunə kimi təqdim olunur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “İTE” ilə birgə həyata keçirdiyi və “Certiport” ilə əmək...