Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “İTE” ilə birgə həyata keçirdiyi və “Certiport” ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan “Microsoft Sertifikatlı Pedaqoq (MCE)” proqramı haqqında “Certiport”un rəsmi saytında geniş məqalə dərc olunub.
Proqramın əsas məqsədi müəllimlərə texnologiyadan məqsədyönlü istifadə bacarıqlarını qazandırmaq və 21-ci əsr tədris yanaşmalarını sinif mühitinə inteqrasiya etməkdir.
"Microsoft”un “21-ci Əsr Öyrənmə Dizaynı” kurikulumu Azərbaycan dilinə tərcümə olunub və yerli kontekstə uyğunlaşdırılıb. Təlimlərin təşkili və tətbiqində “Microsoft”un qlobal təlim tərəfdaşı olan “İTE” əsas tərəfdaş qismində çıxış edib.
Bu günə qədər 25 regiondan 670 məktəbi əhatə edən proqramda 5000-dən çox müəllim iştirak edərək “Microsoft Sertifikatlı Pedaqoq (MCE)” sertifikatı əldə edib. Nəticədə müəllimlər texnologiyanı daha səmərəli tətbiq edir, dərsləri interaktiv və müasir tələblərə uyğun şəkildə qururlar.
Bu təşəbbüs sadəcə bir təlim layihəsi deyil, təhsildə rəqəmsal transformasiyanın sistemli mərhələsidir.