Təhsildə transformasiya: Azərbaycanda etibarlı rəqəmsal bacarıq modeli

2024-cü ildən etibarən Elm və Təhsil Nazirliyi, “İTE Azərbaycan” və ICDL İmtahan Mərkəzinin birgə əməkdaşlığı nəticəsində müəllimlərin rəqəmsal biliklərinin artırılması və sertifikatlaşdırılması artıq beynəlxalq səviyyədə tanınan bir standart halına gəlib.

Bu əməkdaşlıq haqqında “ICDL”in rəsmi saytında geniş məqalə dərc olunub. Burada Azərbaycanın təhsil sistemində rəqəmsal transformasiyanın necə sistemli şəkildə həyata keçirildiyi təqdim olunub.

 

📊 Artıq 5000-dən çox müəllim bu təlimlərdə iştirak edib və onların 70%-dən çoxu beynəlxalq “ICDL Kompüter və Onlayn Əsaslar”, “ICDL Komanda İşi” və “Süni Zəka” imtahanlarını uğurla tamamlayıb.

 

Ədalətlilik və əlçatanlığı təmin etmək üçün bütün diaqnostik testlər və sertifikatlaşdırma imtahanları Azərbaycan dilinə tərcümə olunub və proseslər akkreditə olunmuş ICDL imtahan mərkəzində həyata keçirilir.

 

Bu gün müəllimlər texnologiyadan məqsədyönlü şəkildə istifadə edir, dərslərini daha səmərəli planlaşdırır və təhlükəsiz onlayn mühit formalaşdırırlar. Bu təşəbbüs Azərbaycan təhsilində yeni mərhələ yaradır. Müəllimlərin rəqəmsal səriştəsi artıq həm sinif otağında, həm də beynəlxalq arenada tanınır!

 

Ətraflı məlumat üçün: https://icdl.org/from-training-to-certification-how-azerbaijan-is-building-classroom-ready-digital-skills/

Növbəti postlar

Müəllimlərin 91%-i beynəlxalq sertifikat qazandı!

Elm və Təhsil Nazirliyi ilə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzinin əməkdaşlığı nəticəsində bu il ölkəmizdə ilk...

Azərbaycan təhsilində rəqəmsal bacarıqların inkişafı beynəlxalq səviyyədə nümunə kimi təqdim olunur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “İTE” ilə birgə həyata keçirdiyi və “Certiport” ilə əmək...