Müəllimlər üçün beynəlxalq sertifikasiya təlimləri başladı!

Mayın 21-dən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən müəllimlər üçün yeni təlim proqramına başlanılıb.

Təlimlər Bakı və regionlar daxil olmaqla 40-dan çox təhsil müəssisəsində keçiriləcək və 5700-dən artıq müəllim bu proqramla əhatə olunacaq.

Təlim proqramının əsas məqsədi müəllimlərə texnologiyaların tədris prosesində istifadəsi ilə bağlı praktiki və tətbiqi yönümlü bilik, bacarıqlar qazandırmaq, onları fərdiləşdirilmiş dərs planları və müasir öyrədici vasitələr hazırlamağa təşviq etməkdir.

Təlim istiqamətləri:

🔹“Microsoft sertifikatlı pedaqoq”

🔹Süni zəka

🔹Onlayn ünsiyyət və kibertəhlükəsizlik

🔹Rəqəmsal savadlılıq

🔹Fənn üzrə ixtisaslaşmış rəqəmsal alətlər

🔹"Rəqəmsal bacarıqlar" layihəsi

📌Bu ildən etibarən süni zəka və kibertəhlükəsizlik istiqamətləri üzrə xüsusi təlimlər də proqramın əsas hissəsinə çevrilir.

Təlimlərin sonunda müəllimlər ITE-nin Certiport və ICDL beynəlxalq test mərkəzlərində imtahan verərək,uğurlu nəticə əldə etdikləri halda beynəlxalq səviyyəli sertifikatla təltif olunacaqlar!

Növbəti postlar

Müəllimlərin 91%-i beynəlxalq sertifikat qazandı!

Elm və Təhsil Nazirliyi ilə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzinin əməkdaşlığı nəticəsində bu il ölkəmizdə ilk...

Azərbaycan təhsilində rəqəmsal bacarıqların inkişafı beynəlxalq səviyyədə nümunə kimi təqdim olunur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “İTE” ilə birgə həyata keçirdiyi və “Certiport” ilə əmək...