MCE imtahanında Azərbaycanda ilk dəfə olaraq 913 bal toplayan müəllim

Bakı şəhərindən olan Mehriban Quliyeva maksimum 1000 baldan 913 bal toplayaraq bu imtahanda ölkə üzrə ən yüksək nəticəni göstərdi.

 

Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “İTE Azərbaycan” tərəfindən cari ilin iyun və sentyabr aylarında həyata keçirilib. Ümumilikdə, imtahanlarda 1200-dən çox müəllim iştirak edib.

 

Bu sertifikat müəllimlərin rəqəmsal bacarıqlarının beynəlxalq səviyyədə tanınmasına, onların dərslərində texnologiyadan məqsədyönlü və səmərəli şəkildə istifadə imkanlarının genişlənməsinə, həmçinin qlobal təhsil mühitinə inteqrasiyanın sürətlənməsinə töhfə verir.

 

📍 İmtahanlar Bakı, Gəncə və Mingəçevir şəhərlərində yerləşən beynəlxalq imtahan mərkəzlərində təşkil olunub.

 

🔜 Proqram çərçivəsində növbəti imtahanlar davam edir və yekun nəticələr yaxın günlərdə açıqlanacaq!

 

Bu beynəlxalq nailiyyət münasibətilə həm müəllimimizi, həm də təlimçisi Şəlalə Qəmbərovanı səmimi qəlbdən təbrik edirik!

Növbəti postlar

Müəllimlərin 91%-i beynəlxalq sertifikat qazandı!

Elm və Təhsil Nazirliyi ilə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzinin əməkdaşlığı nəticəsində bu il ölkəmizdə ilk...

Azərbaycan təhsilində rəqəmsal bacarıqların inkişafı beynəlxalq səviyyədə nümunə kimi təqdim olunur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “İTE” ilə birgə həyata keçirdiyi və “Certiport” ilə əmək...