ITE direktoru İsa Qasımov Astanada keçirilən regional konfransda iştirak edib

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru dosent İsa Qasımov Astanada keçirilən regional konfransda iştirak edib.

 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Avrasiya Patent Təşkilatının birgə təşkil etdiyi konfransa Azərbaycanla yanaşı, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Ermənistandan nümayəndə heyətləri qatılıb.

 

Konfransda intellektual kapitalın müxtəlif sektorlarda, o cümlədən universitetlərdə, elmi tədqiqat institutlarında, texnoparklarda, biznes inkubasiya (akselerasiya) mərkəzlərində aktuallığı və rolu ilə bağlı məruzələr dinlənilib.

 

Tədbirdə “Qanunun yaradılması ilə bağlı problemlər və imkanlar: texnoparklarda əqli mülkiyyət idarəçiliyinin əsasları”, “İnstitusional əqli mülkiyyət siyasətinin məzmunu: inkişaf üçün 10 qayda”, “Əqli mülkiyyət hüquq sahiblərinin tərifi – Belarus Respublikasında mövcud imkanlar”, “EAPO Üzv Dövlətlərində Texnologiya Parklarında əqli mülkiyyət siyasətləri üzrə təcrübə” və s. istiqamətlər üzrə sessiyalar baş tutub.

 

Qeyd edək ki, Avrasiya Patent Təşkilatı əqli mülkiyyət nəticələrinin kommersiyalaşdırılmasında texnoparkların səlahiyyətlərinin artırılması üçün regional maarifləndirici görüşlərinin təşkilini davam etdirməyi planlaşdırır.

Növbəti postlar

“Canva for Education” platformasının Azərbaycanda rəsmi təlim tərəfdaşı oldu!

İTE Azərbaycan beynəlxalq təhsil texnologiyaları sahəsində daha bir mühüm uğura imza ataraq dünyanın aparıcı vizual kommunika...

Microsoft ilə strateji tərəfdaşlıq genişlənir!

May ayının 18-də Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktor...