ADU müəllimləri "Emosional intellektin insan həyatında rolu” təlimimizdə


Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının pedaqoji heyəti üçün "Emosional intellektin insan həyatında rolu" üzrə təlim təşkil olunmuşdur.

8-9 fevral tarixlərində həyata keçirilən təlimimizə iştirakçı müəllimlərin marağı böyük olmuşdur.

ADU müəllimləri təlim müddətində Emosional zəkanın təlqin etdiyi proaktiv yanaşma, fərdi iradənin əhəmiyyəti, fokuslanmanın zəruriliyi, öyrənmə prosesində empatiya qurmağın əhəmiyyəti, təhsildə kouçinq kimi məqamlarla tanış oldular və qeyd olunan istiqamətlərdə bilik və bacarıqlarını inkişaf etdirdilər. Təlim iştirakçılarla fikir mübadiləsi şəklində reallaşdırıldı.

Qeyd edək ki, universitetin Pedaqogika kafedrasının rəhbəri Nigar Zeynalovanın da iştirak etdiyi təlim peşəkar kouç və biznes təlimçisi, Kanadanın Adler kouçinq məktəbinin ACTP proqramını bitirmiş və bu məktəb tərəfindən Adler Certified Professional Coach dərəcəsinə layiq görülmüş, Azərbaycanın Beynəlxalq Kouçinq Federasiyası tərəfindən sertifikatlaşdırılmış, emosional intellekt üzrə mütəxəssis Elçin Əzimli tərəfindən həyata keçirildi.

Xatırladaq ki, “Emosional intellektin insan həyatında rolu” distant təliminə qeydiyyat davam edir:

https://ite.az/az/kurs/54

Növbəti postlar

“Canva for Education” platformasının Azərbaycanda rəsmi təlim tərəfdaşı oldu!

İTE Azərbaycan beynəlxalq təhsil texnologiyaları sahəsində daha bir mühüm uğura imza ataraq dünyanın aparıcı vizual kommunika...

Microsoft ilə strateji tərəfdaşlıq genişlənir!

May ayının 18-də Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktor...