"Tədris prosesində sahibkarlıq və innovasiya yanaşmaları" mövzusunda vebinar keçirildi

Fevralın 24-də Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə "Tədris prosesində sahibkarlıq və innovasiya yanaşmaları" mövzusunda vebinar keçirildi. Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (İTE) təşəbbüsü və dəstəyi ilə keçirilən vebinarda İTE-nin direktoru dos. İsa Qasımov mövzu əsasında məruzə etdi. Sonra isə vebinar iştirakçıları ilə müzakirə aparıldı. 

Vebinar müddətində bilik əsaslı yanaşma və ali təhsilin bu prosesdə rolu, dəyişən sosial-iqtisadi ehtiyaclar və insan kapitalının inkişafı, təhsil, tədqiqat və innovativ sahibkarlığın əlaqəsi və elmin kommersiyalaşdırılması kimi məqamlardan bəhs edildi.

MDU və digər universitetlərdən 90 nəfərdən çox dinləyicinin iştirak etdiyi vebinarın məqsədi professor-müəllim heyətinin sahibkarlıq və innovasiya bacarıqlarını inkişaf etdirmək idi. 
Qeyd edək ki, İTE-nin sosial məsuliyyət yanaşmaları əsasında keçirilən bu cür vebinarlar müxtəlif təhsil müəssisləri ilə əməkdaşlıq formatında davamlı olaraq təşkil edilir.

 

Növbəti postlar

Müəllimlərin 91%-i beynəlxalq sertifikat qazandı!

Elm və Təhsil Nazirliyi ilə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzinin əməkdaşlığı nəticəsində bu il ölkəmizdə ilk...

Azərbaycan təhsilində rəqəmsal bacarıqların inkişafı beynəlxalq səviyyədə nümunə kimi təqdim olunur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “İTE” ilə birgə həyata keçirdiyi və “Certiport” ilə əmək...