İTE Təlimçisi Aliyə Əhmədova Scientix üzrə ən nüfuzlu səfir seçilib.

Ekspert-təlimçimiz Aliyə Əhmədova Avropada elm təhsili üzrə şəbəkələşmənin əsas tədbirlərindən biri olan 4-cü Beynəlxalq Scientix Elmi Konfransında spiker kimi çıxış edib və Ən nüfuzlu səfir nominasiyasının qalibi olub!

 

Qeyd edək ki, Aliyə xanım “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin STEAM üzrə ekspert və təlimçisi, Azərbaycan üzrə Scientix və STEM PD səfiri, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi, Tərəqqi medalı mükafatçısıdır.

 

Scientix konfransı Avropada müxtəlif STEM təhsil layihələri haqqında daha çox öyrənmək, əlaqələri dərinləşdirmək, yeni ideyalar yaratmaq və müəllimləri STEM təhsili üçün yaradıcılıq və həvəsi artırmaq və öz fəaliyyət, bilik və təcrübələrini bölüşməyə ruhlandırmaq üçün unikal imkan yaradır.

 

Konfransda müəllim və pedaqoqlar, siyasətçilər, elm təhsili tədqiqatçıları, STEAM mütəxəssisləri, sənaye nümayəndələri və layihə menecerləri çıxış edib.

 

Konfransda Avropada elm təhsili sahəsində çətinliklər və imkanlar haqqında məlumatlar verilib və Scientix icmasının gətirə biləcəyi potensial və onun imkanları vurğulanıb. Daha sonra müxtəlif nominasiyalar üzrə Scientix Ambassadors Awards Winner mükafatının qalibləri açıqlanıb.

 

Əziz müəllimimizi bu uğur münasibəti ilə təbrik edirik! Bizi qürurlandırdığı üçün təşəkkür edirik!

Növbəti postlar

Müəllimlərin 91%-i beynəlxalq sertifikat qazandı!

Elm və Təhsil Nazirliyi ilə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzinin əməkdaşlığı nəticəsində bu il ölkəmizdə ilk...

Azərbaycan təhsilində rəqəmsal bacarıqların inkişafı beynəlxalq səviyyədə nümunə kimi təqdim olunur.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “İTE” ilə birgə həyata keçirdiyi və “Certiport” ilə əmək...